Teatr 130

Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır, o hadisə, məkan və vaxtı dramada birlşdirməyi tələb etmişdir.

Romalılar Pun müharibəsi dövründə yunan teatr mədəniyyətini mənimsəyirlər. Bütün Roma imperiyasında teatrlar qurulur. Sonralar isə teatr öz əhəmiyyətini pantomimanın inkişafı ilə əlaqədər olaraq itirir.

Orta əsrlərdə dini mövzulu tamaşaların teatrlarda səhnələşdirilməsi geniş yayılır. İntibah dövründə yenidən keçmişdə yayılmış olan dram və komediyalara üstünlük verilir. Teatrın şimali İtaliyada açıq havada oynanılan komediya forması (commedia erudita) geniş təşəkkül tapır. Nikkolo Makiavelli öz dövrünün məşhur komediya əsərlərini qələmə alır. Dramların məzmunu Aristotel təsəvvürünə əsaslanır.

Teatr sənəti Barokko dövründə olduğu kimi hələ geniş yayılmamışdır. XVII əsrdə səhnədə oynanılan hadisələr gözəl dünyanın əksini göstərirdi. Feodalizmin tənəzzüllü və mütləqiyyətin qələbəsi köhnə dəyərləri dağıtmış və yeni düşüncə tərzini formalaşdırmışdır. Dünya və səhnə arasındakı müqayisə, hər bir şəxsə aid olan rolun oynanılması Vilyam Şekspir və Pedro Kalderonun əsərlərində özünə yer tapır.

Romantika dövründə teatr səhnələrində əsasən lirik pyeslər tamaşaya qoyulurdu və vacib insan hisslərinin ifadə olunmasına yer verilirdi.

Yeni dövrdə teatr antik dövrdə mövcud olmuş xəttdən o qədər də kənara çıxmır. Teatr səhnələrinin mövzusu bu ərəfədə naturalizm, dadaizm, ekspressionalizm, sürrealizm, absurdizm və postmodernizm kimi cərəyanların təsirinə məruz qalır.

Klassik teatrın dörd növü var :

Danışıq teatrı (drama, komediya, tamaşa)

Musiqi teatrı (opera, operetta, musiqi)

Rəqs teatrı (balet, milli rəqslər)

Fiqur (və ya kukla) teatrı (marionet teatrı, kölgə teatrı)

Göstərilən sahələr üzrə çalışan sənətçilərin ixtisasları da bir-birindən fərqlənir :

Danışıq teatrında : Aktyorlar, rejissorlar, musiqiçilər ;

Musiqi teatrında : Müğənnilər (solistlər və xor ifaçıları), orkestr musiqiçiləri, repetitorlar, dirijorlar, rejissorlar ;

Rəqs teatrında : Rəqqasələr, xoroeqraflar, repetitorlar çalışır.

Teatr tarixində Azərbaycan teatrının xüsusi dəsti xətti olduğu kimi, Аzərbаycаn tеаtrının təşəккül tаpmаsındа və inкişаfındа da qədim Şəкinin xüsusi dəsti xətti danılmazdır. Şəki Teatr məktəbi Mirzə Fətəli Ахundоvdan başlayaraq müasir dövrümüzə qədər inkişaf etmişdir. Bu məktəbin varisi olan Şəki Dövlət Dram Teatrı, 1975 ci ildən fəaliyyət göstərir. Lakin tarixə nəzər salsaq, Şəki Dövlət Dram Teatrının ilk dəfə 1934 cü ildən fəaliyyətə başladığını görərik. Şəki Teatr məktəbi isə 1879 cu ildən Xalq Teatrı kimi artıq mövcud idi. Bütün bu 130 illik mövcudluğu dövründə Şəki Teatr məktəbi ciddi nailiyyətlərə imza atmışdır.

Artıq bu il Şəki Teatrının 131 yaşı oldu. 131 illik fəaliyyəti, uğurları və qazanılmış şöhrəti bir araya toplamaq mümkün deyil. Bu tarixin, bu uğurun sadəcə bir faizini sizə çatdıra bildiksə, çox məmnun olarıq.

Şəki Dövlət Dram Teatrını 131 yaşı münasibəti ilə təbrik edir, sonsuz uğurlar və müvəffəqiyyətlər arzu edirik.

www.webstudiya.net