E  L  A  N :

S.Rəhman adına Şəki Dövlət Dram Teatrı aktyorluq sənətinə həvəsi olan gəncləri Teatrın nəzdində təşkil olunmuş Vaqif Abbasov adına Teatr studiyasına dəvət edir. Gənclər teatrda peşəkar sənətkarlardan aşağıdakı fənlər üzrə dərs alacaqlar.

Aktyor sənəti , Səhnə danışığı , Dünya teatr tarixi , Səhnə hərəkəti və rəqs.

Studiyada təhsil alan istedadlı gənclərə iki ildən sonra

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplom sertfikatlar təqdim ediləcək və onlar teatrda işlə təmin olunacaqlar.

Ali təhsil almaq istəyən gənclərə isə Azərb. Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunmaq üçün göndərişlər veriləcəkdir. 

Studiyada təhsil pulsuzdur.

Sənədlərin qəbulu oktyabr ayından başlanır.

Əlaqə telefonları : 4-36-92 ; 4-81-46.

Ünvan : Şəki şəhəri , M.Ə.Rəsulzadə pr , 174.