Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Hüseynağa Atakişiyev 8 sentyabr 1949-cu ildə Bakıda anadan olub. M.Əliyev adına İncəsənət İnstitutunu bitirdikdən sonra (1975) Şəki Dövlət Dram Teatrında işləyib. Sonra Şəki Dövlət Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərib. 1989-cu ildə Gənclər Teatrını açıb və vəfatına qədər teatrın bədii rəhbəri və direktoru olub. Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev 9 aprel 2006-cı ildə vəfat edib.