Qastrol səfərləri
1977 - ci ildə R. Styanovun Ustalar əsəri ilə Bolqarıstan dramaturgiyası festivalında, festivalın baş mükafatına, 1978 - ci ildə Macarıstan festivalında, Ş. Petefinin Pələng və Kaftar əsərinə görə I - dərəcəli mükafata, 1980 - cı ildə Alman dramaturgiyası festivalında B. Brextin Arturo Uİ - nin karyerası əsərinə görə I - dərəcəli mükafata, 1981 - ci ildə Polşa incəsənət festivalında Ę. Çapekin Ağ xəstəlik əsərinə görə II - dərəcəli mükafata, 1983 - cü ildə isə Rumınya Respublikasının incəsənət festivalında I - dərəcəli mükafata və bir çox başqa festivallarda da baş, I və II - dərəcəli mükafatlara layiq görülmüşdür. Teatr 1977, 1979, 1982, 1984, 1991, 2003 və 2004 - cü illərdə Bakıda, 1984, 1988, 1989, 1991 - ci illərdə Rusiyanını paytaxtı Moskvada, 1987 - ci lidə Tatarıstanın paytaxtı Kazanda, 1991 - ci ildə Mari Respublikasının paytaxtı Yoşkar - Olada, 1979 - cu ildə Praqada, 1979 - cu ildə Havanada, 1989 - cu ildə Daşkənd və Səmərqənddə, 1983 - cü ildə Tiflisdə uğurlu qastrol səfərlərində olmuşdur. 2005 - ci ildə Mədəniyyət Nazirliyinin dəvəti ilə yenidən Bakı şəhərində çıxış edən Teatr S. Mrojekin Xoşbəxt Hadisə və N. Vəzirovun Yağışdan Çıxdıq, Yağmura Düşdük əsərlərini nümayiş etdirmiş və böyük tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır. 2006 - cı ildə yenidən Bakı şəhərində qastrol səfərində olan Teatr bir daha böyük və əvəz olunmaz yaradıcı simasını öz tamaşaçılarına göstərdi. Şəki Teatrının işləri artıq dünya Teatrlarının işləri ilə müqayisə obyektinə çevrildi. Şəki Teatrının son qastrol səfəri 2007 - ci ildə Türkiyə Respublikasının Giresun şəhərinə, 2008 - ci ildə Bakıya və Türkiyə Respublikasının İstanbul şəhərinə olmuşdur...