Şəki Dövlət Dram Teatrının elektron səhifəsi ən yaxşı 20 web səhifə arasında 11 ci oldu
NETTY-2009 Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT - bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı, başqa oxşar tədbirlərdən fərqli olaraq həm Azərbaycanda, həm də ümumiyyətlə regionda müntəzəm həyata keçirilən nadir və yeganə tədbirdir. 2009-cu ildə mükafat artıq beşinci dəfədir ki, keçirildi.
NETTY - bütün dünyadan yüz minlərlə İnternet
istifadəçilərini toplayan ölkənin informasiya
texnologiyaları sahəsində ilin əsas hadisəsidir.
Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya
texnologiyaları sahəsində mütərəqqi xadimlərini üzə
çıxaran və dəyərləndirən, NETTY mükafatı bir-neçə il
ərzində milli İnternet sahəsində ən qabaqcıl,
nüfuzlu və kütləvi tədbir adını qazandı.
14 nominasiya üzrə keçirilən bu internet müsabiqəsində, Şəki Dövlət Dram Teatrının elektron səhifəsi, Mədəniyyət və İncəsənət nominasiyasında 20 ən yaxşı internet səhifəsi arasında 11 ci oldu.
Qeyd edək ki bu laminasiyada daha iki Şəki səhifəsi iştirak edirdi. Rasim Ocaqovun rəsmi səhifəsi 17 ci, Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin rəsmi internet səhifəsi isə 18 ci oldu.