|
S.Rəhman adına Şəki Dövlət Dram Teatrı

2009-cu
ildə Şəki Teatrının 130 yaşı tamam oldu. 1879-cu ildə İpəkçilər şəhəri olan
Şəkidə ilk dəfə, barama ambarında, maarifpərvər yazıçı Rəşidbəy Əfəndiyevin
təşəbbüsü ilə M.F.Axundovun “Hacı Qara” komediyası yerli həvəskarlarla tamaşaya qoyulmuşdur. 1975-ci ildə mərhum rejissor Vaqif Abbasovun və direktor Nazim
Bilalovun rəhbərliyi ilə yeni Dövlət Teatrı yaranmış və az müddət ərzində böyük uğurlar qazanmışdır. 1977-ci ildə Bolqar dramaturgiyası festvalında R.Stayanovun
“Ustalar” əsəri ilə çıxış edən teatr festifalın baş mükafatına layiq görüldü və Bolqarstana dəvət aldı. 1978-ci
ildə Macar dramaturqu Ş.Petefinin “Pələng və kaftar”, 1980-cı ildə Alman
dramaturqu B.Brextin “Arturo U-nin karyerası”, 1981-ci ildə Polşa dramaturqu
Çapekin “Ağ xəstəlik”, 1982-ci ildə Rumınya dramaturqu M.Sebastyanın “Adsız
ulduz” əsərləri ilə dalbadal festifallarda çıxış edən teatr bütün festifalların
qalibi olaraq teatr tarixinə öz imzasını atdı. Bütün bu 130 il ərzində teatr həm
Azərbaycan, həm də dünya klassiklərinin əsərlərinə səhnə tərtibatı vermiş və öz
dəsti xətti ilə Amerika, Avropa və Asiyada şöhrət qazanmışdır.
 |